Azərbaycanda koronavirus infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2396 yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 357 min 58 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 min 445 nəfər müalicə olunaraq sağalıb, 5 min 95 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 792, bu günə qədər isə ümumilikdə 4 milyon 147 min 588 test icra olunub.

ƏvvəlkiHeydər Əliyev Mərkəzinin üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub
NövbətiPrezident İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib