Azərbaycanda Hollandiyanın hesabına model ferma yaradılacaq

“Hollandiya Azərbaycanda kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq, o cümlədən model ferma yaradılması üçün 300 min avro ayırıb”.

Türk.az xəbər verir ki, bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı – Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu addım Hollandiyanın Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına kömək etmək istəyi ilə bağlıdır.

“Bu ayın əvvəlində Azərbaycanda kənd təsərrüfatı sektorunda araşdırmalar aparılması, o cümlədən model fermanın yaradılması üçün 300 min avro ayırmışıq. Bu layihənin həyata keçirilməsində bizə Hollandiyanın tanınmış universitetlərindən biri də kömək edəcək. Bu, onu göstərir ki, Hollandiya Azərbaycan iqtisadiyyatının diversifikasiyasında maraqlıdır”, – səfir diqqətə çatdırıb.

Əvvəlki“737 MAX” təyyarələrinin uçuşlarına qadağalar “Boeing”ə 1 mlrd. dollara başa gələcək
NövbətiPutin Kim Çen In ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib