Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başlayıb

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Bu barədə “Report”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”, – Dövlət Xidmətindən bildirilib.

ƏvvəlkiQubadlıda televiziya və radio yayımı təmin olunub
NövbətiQubadlı şəhərinin işğaldan azad olunmasından bir il ötür