Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 min 942 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 583 nəfər müalicə olunaraq sağalıb, 10 min 144 nəfər vəfat edib. Aktiv xəstə sayı 215 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1114, bu günə qədər isə ümumilikdə 7 milyon 541 min 312 test icra olunub.

ƏvvəlkiLaçın-Xankəndi yolu: Ekokönüllülər gecə saatlarında da tələbələrini səsləndirirlər
NövbətiHaaqada ekofəalların aksiyası zamanı 700-ə yaxın etirazçı saxlanılıb