Azərbaycanda əhalinin sayı 10 milyon 81 min nəfəri ötüb

İlin əvvəlindən ölkə əhalisinin sayı 14 min 473 nəfər və ya 0,1 faiz artaraq, 2020-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 81 min 581 nəfərə çatıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

ƏvvəlkiBakıda avtomobil qəzasında qaz xətti zədələnib
Növbətiİyunun 16-dan ekspress avtobuslar xəttə buraxılmayacaq