Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli qədəm qoydu.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu il qış fəsli ölkəmizdə dekabrın 21-i saat 19:59–dan başlanıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə edilir. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olur.

ƏvvəlkiPrezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
Növbətiİranda qaz partlayışı nəticəsində bina uçub, xəsarət alanlar var