Azərbaycan yığması Farer adaları millisini məğlub edib

Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.

Matçda ilk qolu millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.

Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.

ƏvvəlkiBakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
NövbətiGüləşçi Şamil Zubairov ermənini məğlub edərək sonda dünya çempionu olub