Azərbaycan və Yaponiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Avqustun 4-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov hazırkı çətin vəziyyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.

Tərəflər növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayaraq, bu xüsusda fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

Ceyhun Bayramov yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

ƏvvəlkiBu gün Azərbaycanda koronavirusa qarşı 78 minə yaxın vaksin vurulub
NövbətiYanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub