Azərbaycan və Türkmənistan iqtisadi münasibətlərin inkişafını müzakirə edəcək

Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılacaq.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Türkmənistana səfərimiz çərçivəsində bu ölkənin hökumətinin bir sıra rəsmi nümayəndələri ilə görüşlər keçirəcəyik”, – deyə nazir qeyd edib.

ƏvvəlkiMətbuat Şurasının İdarə Heyətinin üzvü Özbəkistanda səfərdə olub
NövbətiTürkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb