Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri görüşüb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev ilə türkiyəli həmkarı arasında Sedat Önal arasında görüş olub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter“də məlumat yayıb.

“Hörmətli həmkarım və dostum, qardaş Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı yeni daimi nümayəndəsi cənab Sedat Önala ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram!”, – deyə azərbaycanlı diplomat bildirib.

ƏvvəlkiMövlud Çavuşoğlu İƏT-in Baş katibi ilə görüşüb
NövbətiTürkiyədə zəlzələdə həlak olanların sayı 44 mini ötüb