Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Dekabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından 3048 nəfər sağalıb, 772 yeni yoluxma faktı qeydə alınıb
NövbətiPirotexniki və yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslər saxlanılıblar