Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

ƏvvəlkiAlmaniyada “mühacir alveri“nə görə həbs olunan şəxs Azərbaycana ekstradisiya edilib
NövbətiBakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin üçüncü toplantısı keçiriləcək