Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

Azərbaycanla Özbəkistan arasında energetika sahəsində Yol Xəritəsi imzalanıb.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Tvitter” hesabında qeyd edib.

“Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad Edilmiş Ərazilər, “Yaşıl enerji” çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir”, deyə o qeyd edib.

ƏvvəlkiAzərbaycan və Meksika turizm əlaqələrinin perspektivlərini müzakirə ediblər
NövbətiQardaş Türkiyəmizin Zəfər Bayramının 100 illiyini təbrik edirik!