Azərbaycan-Türkmənistan: Yalnız irəli

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər yalnız ərazi, dil, mədəni yaxınlıq ilə məhdudlaşmır, iqtisadi komponent də vacibdir, ən əsası isə hər iki ölkənin böyük enerji ehtiyatları var və bu, qarşılıqlı maraqlarla sıx əməkdaşlığı nəzərdə tutur.

Əlbəttə, SSRİ-nin dağılması ilə ötən əsrin 90-cı illərində və sonrakı illərdə, Xəzər dənizinin statusu məsələsinin həlli üzrə uzunmüddətli axtarışlar getdiyi dövrdə fikir ayrılıqları, həll olunmamış məsələlər olub, amma zamanla hər şey qaydasına düşüb.

Bu gün iki dövlət başçısını – Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun müdrik və balanslı siyasəti sayəsində səmərəli əməkdaşlığın inkişafına mane olan bir çox məsələlər həll olunub. Azərbaycan və Türkmənistan prezidentləri görüşləri zamanı dəfələrlə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini vurğulayıblar.

Belə ki, Azərbaycan Prezidenti Türkmənistana keçən ilin noyabr ayında etdiyi və aktual məsələlər ətrafında çox geniş fikir mübadiləsinin aparıldığı, münasibətlərimizi yeni məzmunla zənginləşdirən rekord sayda – 21 sənədin imzalandığı səfəri xüsusi şəkildə qeyd edib.

Bu gün Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın qurulmasında iştirak edən digər dövlət qurumları ilə birlikdə Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) vacib yer tutur.

ƏvvəlkiŞamaxıda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib
NövbətiABŞ-ın Azərbaycandakı səfirliyi işçi axtarır