Azərbaycan – Türkiyə yoldaşlıq oyunu heç-heçə ilə yekunlaşıb

Bu gün “Dalğa Arena”da qadın futbolçulardan ibarət Azərbaycan və Türkiyə milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə nəticələnib.

Qeyd edək ki, bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyunda Türkiyə yığması 1:0 hesablı qələbə qazanmışdı.

Əvvəlkiİtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib
NövbətiDanimarka Ukrayna ordusuna böyük sayda silah verir