UEFA əsgər salamına görə Türkiyə milli komandasına qarşı intizam işi açıb

UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, buna səbəb yığma oyunçularının AVRO-2020-nin seçmə mərhələsində Parisdə Fransa ilə görüşdə vurduqları qolu əsgər salamı ilə qeyd etməsidir.

Qərar Türkiyə Futbol Federasiyasına göndərilib və məsələ ilə bağlı mövqe tələb edilib.

Qeyd edək ki, Fransa – Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib. Yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər.

Əvvəlki“Hunter” layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir
NövbətiAzərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub