Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır

Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.

Türk.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, sahibkarların müraciətləri nəzərə alınaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib: “Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin də ixracı ilə bağlı danışıqlar gündəmdədir”.

ƏvvəlkiVahid Ələkbərov: ““LUKoil” 2020-ci ilin birinci rübündə Azərbaycanda iki layihədə iştirakla bağlı danışıqları yekunlaşdırmağı planlaşdırır”
NövbətiPrezident İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib