Azərbaycan taxıl toxumuna olan tələbatının 60%-ni ödəyir

Bu gün Azərbaycanda bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşısında duran vəzifələr mövzusunda respublika müşavirəsi keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev açıb.

O, təmsil etdiyi qurumun məqsədinin toxumçuluqla bağlı problemləri həll etməkdən, çıxış yolu tapmaqdan ibarət olduğunu nəzərə çatdırıb: “Kənd Təsərrüfatı Nazirliyi toxumçuluğun inkişafına xüsusi diqqət yetirir. Əsas məqsədimiz bütün növ bitkilər üzrə toxumçuluğu inkişaf etdirməkdir. Biz ölkəni 100% toxumla təmin edə bilmirik. Müxtəlif sahələr üzrə müxtəlif faizlərdir. Ən çox taxılçılıq sahəsində toxum təminatı var ki, bu da təqribən 60%-dir”.

ƏvvəlkiAlişer Usmanov “Arsenal”dakı səhm payını 550 milyon funt sterlinqə satmağa razılıq verib
NövbətiXəzəryanı ölkələrin XİN başçıları avqustun 11-də Aktauda görüşəcək