Azərbaycan təmsilçisi ISESCO Komitəsinə üzv seçilib

Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının ISESCO İslam Dünya İrs Komitəsinə (IWHC) üzv seçilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş və Seneqaldakı səfiri Nazim Səmədov “X” hesabında yazıb.

“Rizvan Bayramovu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının İslam Dünya İrs Komitəsinə (IWHC) Azərbaycandan üzv seçilməsi münasibətilə təbrik edirəm”, – paylaşımda qeyd olunub.

ƏvvəlkiTailandın Baş naziri Çindən vizasız gələn ilk turistləri qarşılayıb
NövbətiAzad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb