Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

ƏvvəlkiAtəşkəs rejimi 26 dəfə pozulub
Növbətiİlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub