Azərbaycan sualtı xətlərlə Avropaya “yaşıl enerji” ixrac edə bilər

Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Almaniyanın federal kanslerinin iqtisadi məsələlər üzrə müşaviri, dövlət katibi Jörg Kukies ilə görüşdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindədir:

“Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır”, – P.Şahbazov bildirib.

ƏvvəlkiCeyhun Bayramovun ATƏT sədri ilə geniştərkibli görüşü başlayıb
NövbətiGənclər və İdman Nazirliyi 19 federasiyanın statusunu dayandırıb