Azərbaycan Şahmat Federasiyasının prezidenti dəyişib

Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.

“Report”un məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E. Rüstəmov toplantıda iştirak etməyib. M.Məmmədov daha əvvəl AŞF-nin vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.

Qeyd edək ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

Əvvəlkiİlham Əliyev Vladimir Putinə başsağlığı verib
Növbəti2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi qərara alınıb