Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Bu il noyabrın 27-29-da Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib.

XİN-dən “Report”a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.

ƏvvəlkiAzərbaycan Ordusunda ağacəkmə aksiyası keçirilir
NövbətiQobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq