Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

21 sentyabr tarixində Agentliyin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Azay Quliyev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Sonra “Agentliyin Nizamnaməsində Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələrə aid məsələlərin müzakirəsi haqqında (Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərini və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq edilməsi; QHT-lərin institusional inkişafı, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, QHT-lərin inkişafı sahəsində elmi-texniki nailiyyətlərin tətbiqi; QHT-lərin inkişafı istiqamətində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsi), Agentliyin Müşahidə Şurasının 2022-ci il yanvar – avqust aylarında keçirilmiş iclaslarında qəbul olunmuş qərarların icra vəziyyəti, Agentliyə daxil olmuş vətəndaş müraciətləri və QHT-lərin qəbulu ilə bağlı məsələlər müzakirə edilib.

Daha sonra Agentliyin icraçı direktorunun təqdimatı əsasında “Səfər qrantları” ilə bağlı arayış və cari məsələlər müzakirə edilib. Qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

ƏvvəlkiİİTKM: “Azərbaycan türk dövlətləri arasında iqtisadi artıma görə 3-cü olub”
NövbətiPrezident İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib