Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin 25 illiyi qeyd edilib

Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi münasibəti ilə Qazaxıstanın ölkəmizdəki səfirliyində tədbir keçirilib.

Türk.az xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxışında tarixi gün ilə bağlı Cəmiyyət üzvlərini təbrik edərək bildirib ki, 25 ildir bu Cəmiyyət Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında, Astana ilə Bakı arasında dostluq əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb: “Biz təkcə strateji tərəfdaş yox, həm də dost və qardaş ölkələrik. Heydər Əliyevlə Nursultan Nazarbayev iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin möhkəm bünövrəsini qoyub və bu gün prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir”. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın enerji, sənaye, kənd təsərrüfatı, tranzit, logistika sahələrində, eləcə də Xəzərlə bağlı yaxından əməkdaşlıq edir. B.İsabayev Cəmiyyətin fəaliyyətinə toxunaraq deyib ki, Cəmiyyətin yaradılması Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Əlavə olaraq bildirib ki, bu Cəmiyyət vasitəsilə Azərbaycan ictimaiyyəti Qazaxıstanın mühüm beynəlxalq təşəbbüsləri, nüvə silahlanmasının dünya prosesinə verdiyi töhfələr, qlobal və regional təhlükəsizlik, qarşılıqlı anlaşma və xalqlar arasında qarşılıqlı hörmətin gücləndirilməsi barədə tam və etibarlı məlumatlarla təmin olunur. Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəis müavini Ayxan Süleymanlı tərəfindən nazir Elmar Məmmədyarovun təbrik məktubu oxunub. Tədbirdə iştirakçılar, bir sıra ziyalılar, alimlər müxtəlif mükafatlarla təltif edilib. Tədbirin sonunda həm azərbaycanlı xanəndələr, həm də Qazaxıstandan dəvət olunmuş müğənnilər tərəfindən musiqilər səsləndirilib.

Əvvəlkisefirlik-tedbir
Növbəti80300e57-5b6a-48a4-b82f-912ab2c27cf3