Azərbaycan-Qətər oyunu millimizin məğlubiyyəti ilə başa çatıb

Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Azərbaycan-Qətər oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş Qətər millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin yeganə qolunu oyunun 16-cı dəqiqəsində Ramil Şeydayev vurub. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

ƏvvəlkiAzərbaycanda koronavirusa daha 1690 yoluxma faktı qeydə alınıb
NövbətiBu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 102-ci ildönümüdür