Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

ƏvvəlkiTürkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb
NövbətiXİN-də Türkiyədəki zəlzələ ilə bağlı Operativ Qərargah yaradılıb