Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülmüşdü.

Dövlətimizin başçısını Ukraynanın xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiPrezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçib
NövbətiPrezident İlham Əliyevin Ukraynaya səfəri iqtisadi sahədə əməkdaşlıq üçün yeni perspektivlər vəd edir