Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı verib

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı ilə əlaqədar İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının məktubunda qeyd olunub: “Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Sercio Mattarellaya, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

ƏvvəlkiABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir – Dövlət Departamenti
NövbətiAzərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb