ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir – Dövlət Departamenti

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Trend-in məlumatına görə, bunu bu gün brifinq zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Tərəflərin danışıqları davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq. Dövlət katibi (Entoni – red.) Blinken keçən həftə açıq şəkildə bildirdi ki, sülh əldə edilə bilər. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz tərəflərə bu işdə, o cümlədən onlarla birbaşa qarşılıqlı fəaliyyətlə dəstəyimizi davam etdirəcəyik”, – deyə M.Miller bildirib.

Onun sözlərinə görə, ABŞ əlçatan olan davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacib olduğunu hesab edir.

“İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyirik”, – deyə o əlavə edib.

ƏvvəlkiVladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı verib