Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən iclasın vaxtı dəyişdirilib

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək.

Bu barədə “Report”a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, iclasla bağlı hazırlıq işləri davam edir: “Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb”.

Onun sözlərinə görə, yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq: “Təntənəli iclasda iştirak üçün bu ölkələrdən 14-nün parlament sədri Bakıya gələcək, 13 ölkə sədr müavinləri, 11 ölkə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq”.

O qeyd edib ki, tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə, 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.

A.Təvəkküloğlu təntənəli yubiley tədbirinin Milli Məclisin inzibati binasında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

ƏvvəlkiPrezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
NövbətiBP “Qobustan” layihəsində 61 faiz pay alıb