Azərbaycan Ordusunda qan ehtiyatı ilə bağlı heç bir problem yoxdur

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunda qan komponentlərinin ehtiyatı ilə bağlı heç bir problem yoxdur.

Ordumuzun qan və qan komponentlərinə tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir. Hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.

ƏvvəlkiAzərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub
NövbətiCeyhun Bayramovun Cozef Borel ilə telefon danışığında bölgədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb