Azərbaycan Ordusu Xocavənddə təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlik qeyd edib.
ƏvvəlkiNaxçıvanda Ali Məclisin sessiyası çağırılıb
NövbətiLaçın-Xankəndi yolu: Aksiya iştirakçılarının tələbləri cəmiyyətin haqlı narazılığının ifadəsidir