Azərbaycan neftinin qiyməti 43 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar artaraq 42,86 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Əvvəlki“Azərbaycan Beynəlxalq Bankı” IFC ilə yeni saziş imzalayıb
NövbətiAzərbaycanda bütün qatarlarda “WiFi” olacaq