Azərbaycan neftinin bir bareli 72,65 dollara satılır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,41 dollar artaraq 72,65 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Əvvəlki“S7” aviaşirkəti Rusiyanın 8 şəhərindən Bakıya reyslərə başlayır
NövbətiBakı mətkəblərində müəllimlərin maaşı açıqlanıb