Azərbaycan MN: “Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub”

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

ƏvvəlkiFHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu Türkiyə respublikasının sərhədinə çatıb
NövbətiAzərbaycan Ordusunun leytenantı həlak olub