Azərbaycan karateçisi beşqat dünya çempionu olub

Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.

“Report”un məlumatına görə, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.

ƏvvəlkiMilli Atçılıq Festivalının açılış mərasimi keçirilib
Növbəti“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib