Azərbaycan ilə İraq arasında iqtisadi sahədə əməkdaşlıq imkanları müzakirə olunub

Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

XİN-nin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər, bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

ƏvvəlkiMili Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib
NövbətiNazir müavini TURKOVAC-ın Azərbaycandakı sınaqlarından danışdı