Azərbaycan Çinə yeni səfir təyin edib

Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Əvvəlki“Binə” və “Sədərək” ticarət mərkəzlərində subasmadan zərər çəkənlər sığorta ödənişi alacaq
NövbətiAzərbaycan Türkmənistan və İraqa yeni səfirlər təyin edib