Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

“Report” xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.

– Mərkəzi Bank;

– Maliyyə Nazirliyi;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

– Dövlət Turizm Agentliyi;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

ƏvvəlkiPrezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxış edib
Növbəti“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub