Azərbatcan beynəlxalq nəqliyyat və logistika sərgisinə qatılacaq

Bu il aprelin 13-15-də Moskva şəhərində “TransRussia 2020” 25-ci Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçiriləcək.

Türk.az bu barədə “ADY Express” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, “Krokus Ekspo” sərgi mərkəzində baş tutacaq nüfuzlu sərgidə “ADY Express” MMC də iştirak edəcək.

“Stendimizin nömrəsi – D597. Sizi stendimizdə görməkdən və işgüzar əlaqələri müzakirə etməkdən məmnun olardıq”, – məlumatda bildirilir.

ƏvvəlkiBAMF-ın bəyanatı BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının sənədləri arasında yer alıb
NövbətiBakı polisi mənşəyi məlum olmayan 426 kq ət aşkarladı