Azərbaycan atıcısı Ruslan Lunev Hindistanda gümüş medal qazanıb

Hindistanda atıcılıq üzrə dünya kuboku yarışları keçirilir.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamızın üzvü Ruslan Lunev pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında ikinci olub. 579 bal toplayan təmsilçimiz dünya kuboku yarışlarında gümüş medal əldə edib.

Qeyd edək ki, bir müddət əvvəl R.Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenzya qazanıb.

ƏvvəlkiABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin təşəbbüsü ilə Novruz bayramı qeyd olunub
NövbətiOqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb