Azərbaycan akrobatları Avropa çempionatında iki qızıl medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, onlar balans hərəkətlərində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük temp hərəkətlərində Avropa çempionu olub.

ƏvvəlkiHakan Fidan ilə çinli həmkarı arasında telefon danışığı olub
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib