Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

AZƏRTAC Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.

ƏvvəlkiGürcüstanda 10 günlük tətil elan olunub
NövbətiPrezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib