Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqada təşkil olunan gənclərin Avropa çempionatında final görüşünü keçirib.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev həlledici qarşılaşmada italiyalı Brayt Maddaloni Nosanı sınağa çəkib.

Rəqibini ipponla məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Azərbaycan cüdoçularının qitə çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medala sahib çıxıb.