Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,9 milyon tibbi maska istehsal edilib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,7 % çoxdur.
Noyabrın 1-nə ölkədə 1,7 milyon ədəd hazır məhsul ehtiyatı olub.