Azərbaycanda sutka ərzində koronavirusa 195 nəfər yoluxub

Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 195 nəfər yoluxub, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 236 min 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 789 nəfər müalicə olunaraq sağalıb, 3247 nəfər vəfat edib. Aktiv xəstə sayı 3927 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 657 min 999 test aparılıb. Bugünkü test sayı isə 4624-dür.