Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Noyabrın 1-də Azərbaycanda son sutkada 263 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 661 min 131, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 258 min 620, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 4 milyon 402 min 511 nəfərdir.