Azərbaycanda koronavirus infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 162 nəfər müalicə olunaraq sağalıb, 27 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 38 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1294 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 644 min 912 test aparılıb. Bugünkü test sayı isə 7023-dür.