Azərbaycanda COVID-19-dan 330 nəfər sağalıb, 164 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 330 nəfər müalicə olunaraq sağalıb, 164 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 678 nəfər müalicə olunaraq sağalıb, 3163 nəfər vəfat edib. Aktiv xəstə sayı 2521 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 463 min 610 test aparılıb. Bugünkü test sayı isə 6960-dır.